6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

ABŞ kəşfiyyat təyyarəsi yenidən İran yaxınlığında – Hörmüz boğazı üzərində müşahidə olunub

23-fevral-2026, 20:19
ABŞ kəşfiyyat təyyarəsi yenidən İran yaxınlığında – Hörmüz boğazı üzərində müşahidə olunub
Yazı Ölçüsü:
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "Boeing P-8A Poseidon" sualtı qayıq əleyhinə kəşfiyyat təyyarəsi yenidən İran sərhədləri yaxınlığında, Hörmüz boğazı üzərində uçuş edərkən qeydə alınıb.
"PostMedia" RIA Novosti"yə istinadən xəbər verir ki, bu, tərəflər arasında artan gərginlik fonunda baş verib.
Məlumata görə, İran sərhədləri yaxınlığında müntəzəm uçuşlar həyata keçirən kəşfiyyat təyyarəsi UTC vaxtı ilə saat 14:18-də Bəhreyndən havaya qalxıb və artıq təxminən dörd saatdır Hörmüz boğazı üzərində dövrə vurur.
Bundan əvvəl ABŞ prezidenti İrana qarşı məhdud zərbələr endirilməsi ehtimalının müzakirə edildiyini bildirib.
Eyni zamanda, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai qeyd edib ki, ABŞ-ın hətta “məhdud zərbəsi” belə Tehran tərəfindən açıq aqressiya aktı kimi qiymətləndiriləcək.
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031