6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

“Hamımız bilirik ki, uduzursan” – Fiçon Zelenskiyə

20-fevral-2026
“Hamımız bilirik ki, uduzursan” – Fiçon Zelenskiyə
Yazı Ölçüsü:

Avropa İttifaqı (Aİ) ölkələri ön cəbhədəki real vəziyyəti anlayır və başa düşürlər ki, Ukrayna münaqişədə uduzur.

"PostMedia" xəbər verir ki, Slovakiyanın baş naziri Robert Ficon bildirib.

Baş nazir qeyd edib ki, Ukrayna prezidenti Volodimir Zelenski müntəzəm olaraq Avropa Şurasının iclaslarında iştirak edir və vəziyyətə nikbin qiymət verir.

“Zelenski tez-tez Avropa Şurasının iclaslarında iştirak edir. Ona münaqişə zonasında hərbi vəziyyət haqqında sual verəndə o cavab verir: ‘Biz qalib gəlirik’,” – deyə Ficon bildirib. Baş nazir əlavə edib: “Hamımız bilirik ki, uduzursan.”

Bundan əlavə, Ficonun fikrincə, Rusiya əleyhinə sanksiyalar nəzərdə tutulan nəticəni verməyib. O qeyd edib ki, tətbiq olunan məhdudiyyətlər səmərəli olmayıb və Rusiyaya əhəmiyyətli təsir göstərməyib.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930