Almaniya kansleri Fridrix Merts yenidən Xristian-Demokrat İttifaqının (XDİ) sədri vəzifəsinə seçilib.
"PostMedia" xəbər verir ki, bu barədə "Phoenix" telekanalı məlumat yayıb.
Məlumata görə, Ştutqartda keçirilən XDİ-nin federal qurultayında iştirak edən təxminən 1000 nümayəndənin 91,17 faizi onun lehinə səs verib.
“Bu səsverməni qəbul edirəm”, – deyə Merts bildirib. Vəzifə uğrunda başqa namizəd olmayıb. Müqayisə üçün qeyd edək ki, Merts 2024-cü ildə səslərin 89,8 faizini, 2022-ci ildə isə 95,3 faizini toplamışdı.
Daha əvvəl Merts 2029-cu ildə keçiriləcək növbəti parlament seçkilərində mühafizəkar XDİ/XSU ittifaqı tərəfindən yenidən kansler postuna namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlamışdı. Keçən il noyabrın 11-də onun 70 yaşı tamam olub. O, 1963-cü ildə 87 yaşında hökumət başçısı vəzifəsindən istefa verən Konrad Adenauerdən sonra Almaniyanın ən yaşlı kansleri hesab olunur.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
