Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib ki, Donald Tramp administrasiyasının səyləri sayəsində Ukrayna münaqişəsi tərəfləri arasında görüş təşkil etmək məsələsində danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub.
"PostMedia" xəbə verir ki, bu barədə o, özünün X hesabında qeyd edib:
“Bu gün, prezident Trampın tapşırığı ilə, ABŞ Ukrayna və Rusiya ilə üçtərəfli müzakirələrin üçüncü mərhələsini moderator edib. Prezident Trampın iki tərəfi birləşdirməkdəki uğuru (...) əhəmiyyətli irəliləyişə səbəb olub”.
“Hər iki tərəf razılaşıb ki, öz rəhbərlərinə məlumat verəcək və razılığa gəlmək üçün işə davam edəcəklər”, – deyə o əlavə edib.
Rusiya-ABŞ-Ukrayna danışıqlarının üçüncü mərhələsi Ukraynanın böhranının həlli ilə bağlı çərşənbə axşamı Cenevrədə keçirilib.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
