6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

İranın mümkün nüvə silahı üçüncü ölkələrin əlinə keçməməlidir

18-fevral-2026
İranın mümkün nüvə silahı üçüncü ölkələrin əlinə keçməməlidir
Yazı Ölçüsü:

ABŞ vitse-prezidenti Cey Di Vens Tehranın nüvə silahı əldə etməsi imkanından danışarkən bildirib ki, bu, nə ABŞ-ın düşmənlərinin, nə də müttəfiqlərinin əlinə keçməməlidir.

"PostMedia" xəbər verir ki, bunu o, "Fox News"a açıqlamasında deyib.

"Əgər İran nüvə silahı əldə edərsə, bundan sonra çoxlu digər rejimlər – bəziləri dost, bəziləri isə o qədər də dost olmayan – də nüvə silahı əldə edəcək".

Tehranın nüvə dosyesi ətrafında İran-ABŞ danışıqlarının ikinci mərhələsi fevralın 17-də Cenevrədə baş tutub. Danışıqlardan sonra İranın xarici işlər naziri Abbas Araqçi irəliləyişdən bəhs edib və qeyd edib ki, Tehran və Vaşinqton mümkün razılaşmanın əsası ola biləcək mətnlər üzərində işləyəcəklər.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930