İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tayani fevralın 19-da Vaşinqtonda keçiriləcək Qəzza sektorunun nizamlanmasına dair Sülh Şurasının ilk iclasında iştirak edəcək. Amma bu barədə hələ rəsmi elan hələ verilməyib.
"PostMedia" "TASS"a istinadən xəbər verir ki, İtaliya hökuməti ABŞ administrasiyasının təşəbbüsü ilə yaradılmış beynəlxalq quruma müşahidəçi qismində qoşulmağı planlaşdırır. Bununla bağlı parlamentdə qətnamə səsverməyə çıxarılıb.
A.Tayani bildirib ki, məqsəd Yaxın Şərqdə münaqişənin “iki dövlət” prinsipi əsasında həllinə və sülhün təmininə töhfə verməkdir. Bununla belə, İtaliya Konstitusiyasına uyğun olmadığı əsas gətirilərək Şuraya tamhüquqlu üzv kimi qoşulmayıb və nizamnaməni imzalamayıb.
Sülh Şurası yanvarın 22-də Davosda 19 ölkə tərəfindən təsis edilib və əsasən Qəzza sektorunun idarə olunması və münaqişələrin qarşısının alınmasını hədəfləyir. ABŞ qurumda aparıcı rola malikdir.
