6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Avropa liderləri Trampın tələblərini qəbuledilməz hesab edir – "Bild"

16-fevral-2026
Turan Hüseynli
Avropa liderləri Trampın tələblərini qəbuledilməz hesab edir – "Bild"
Yazı Ölçüsü:

Fevralın 13-15-də Münxendə keçirilən 62-ci Təhlükəsizlik Konfransında 60-dan çox ölkənin liderləri toplaşıb və çoxları bir-birinə sərt mesajlar verib. ABŞ-ın dövlət katibi Marko Rubio çıxışında daha yumşaq ton seçsə də, mesaj aydın idi: ABŞ Avropanı tənqid edir və Donald Trampın rəhbərliyi altında Amerika yalnız lazım gəlsə tək, amma “daha yaxşısı birlikdə” hərəkət edəcək.

"PostMedia" xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Rubionun çıxışı uzun alqışlarla qarşılandı, lakin Avropa liderləri siyasət baxımından ehtiyatlı qaldı. Almaniyanın vitse-kansleri Lars Klinqenbayl Avropanın gücünü artırmalı olduğunu vurğuladı. Almaniya kansleri Fridrix Mers isə çıxışında Avropanın ABŞ-dan asılılığını azaltmalı olduğunu və öz müstəqilliyini qoruması lazım olduğunu bildirdi.

AB rəhbəri Kaya Kallas çıxışında Avropanın kim olduğunu və nə uğrunda mübarizə apardığını dəqiqliklə ifadə etdi. Almaniyanın müdafiə naziri Boris Pistorius isə ABŞ-ı xəbərdar etdi ki, Avropa ölkələrini təhlükəsizlik və Ukrayna üzrə danışıqlardan kənarda qoymaq qəbuledilməzdir.

Ukrayna prezidenti Volodimir Zelenski də konfransda çıxış edərək Avropadan dəstəyin davam etdirilməsini və xüsusilə 2027-ci ilədək Ukraynanın AB üzvlüyü üçün yardım edilməsini xahiş etdi. Zelenski Avropaya mesaj verdi: “Mə bizi çətin vəziyyətdə buraxmayın”.

Ümumilikdə, Münxendəki çıxışlar göstərdi ki, Avropa ABŞ-la əməkdaşlığa açıqdır, amma öz şərtləri və müstəqilliyini qorumaq şərti ilə.

Kateqoriyalar