6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Cenevrədə Ukrayna və İran üzrə danışıqlar eyni vaxtda keçiriləcək – "RİA Novosti"

16-fevral-2026, 19:51
Cenevrədə Ukrayna və İran üzrə danışıqlar eyni vaxtda keçiriləcək – "RİA Novosti"
Yazı Ölçüsü:
Ukrayna və İran məsələləri üzrə danışıqlar fevralın 17-də Cenevrədə eyni vaxtda keçiriləcək. İranla bağlı danışıqlar Omanın vasitəçiliyi ilə baş tutacaq.
"PostMedia" xəbər verir ki, bu barədə "RİA Novosti"yə Cenevrədə yerləşən diplomatik mənbə bildirib.
“Müzakirələr çərşənbə axşamı, fevralın 17-də Cenevrədə paralel şəkildə keçiriləcək. İranla bağlı danışıqlarda Oman vasitəçiləri iştirak edəcək”, – deyə mənbə bildirib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynada sülh danışıqlarının fevralın 17–18-də davam edəcəyini təsdiqləyib. Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.
Fevralın 17-də Cenevrədə keçiriləcək Ukrayna üzrə sülh prosesi ilə bağlı görüşdə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner də iştirak edəcək.
İran Xarici İşlər Nazirliyi isə bildirib ki, İran və ABŞ arasında İranın nüvə dosyesi ilə bağlı dolayı danışıqlar da fevralın 17-də Cenevrədə keçiriləcək.
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031