6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Cənubi İtaliyada pis hava “Sevgililər tağı”nı dağıdıb

16-fevral-2026, 11:15
Cənubi İtaliyada pis hava “Sevgililər tağı”nı dağıdıb
Yazı Ölçüsü:

Adriatik dənizi sahilində güclü hava şəraiti nəticəsində “Sevgililər tağı” kimi tanınan qayalıq uçaraq dağılıb.

"PostMedia" xəbər verir ki, bu barədə Cənubi İtaliyada yerli "Corriere Salentino" qəzeti məlumat yayıb.

Melendunyo şəhərinin meri Mauritsio Kisternino bildirib ki, fırtına unikal təbii landşaftı da məhv edib. O, baş verənləri “ürəyə vurulan zərbə” adlandıraraq, hadisənin regionun imicinə və turizm potensialına ciddi ziyan vurduğunu vurğulayıb.

Məqalədə qeyd olunur ki, son günlər sahilboyu ərazilərdə güclü yağış, külək və fırtınalı dalğalar müşahidə edilib. “Sevgililər tağı”ndan başqa, çimərlik infrastrukturu da zərər görüb, qayalıqların kiçik hissələri uçub. Hakimiyyət orqanları yeni uçqunların baş verə biləcəyini istisna etmirlər.

Nəşr əlavə edir ki, Melenduño bələdiyyəsi sahil eroziyasına qarşı mübarizə məqsədilə 4,5 milyon dollar dəyərində layihə təklif etsə də, maliyyə çatışmazlığı səbəbindən bu təşəbbüs qəbul edilməyib.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31