6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Tramp Netanyahuya İrana qarşı İsrailin raket zərbələrinə dəstək verəcəyini bildirib – KIV

16-fevral-2026
Turan Hüseynli
Tramp Netanyahuya İrana qarşı İsrailin raket zərbələrinə dəstək verəcəyini bildirib – KIV
Yazı Ölçüsü:
Vaşinqton İranın raket proqramı ətrafında vəziyyətin inkişafı ilə bağlı müxtəlif ssenariləri müzakirə edir. Diplomatik səylər nəticə verməzsə, ABŞ İsrailin hərbi əməliyyatlarına dəstək göstərməyi istisna etmir.
"PostMedia" xəbər verri ki, bu barədə "CBS News" məlumat yayıb.
Bildirilir ki, dekabr ayında ABŞ Prezidenti Donald Tramp Florida ştatındakı Mar-a-Laqo iqamətgahında İsrailin Baş naziri Benyamin Netanyahunu qəbul edib. Görüş zamanı Tramp Vaşinqton və Tehran arasında razılaşma əldə olunmayacağı təqdirdə, İsrailin İranın raket proqramına qarşı zərbələrinə dəstək verməyə hazır olduğunu bildirib.
ABŞ hərbi və kəşfiyyat dairələrinə yaxın mənbələrin sözlərinə görə, əsas müzakirə mövzusu İsrailin mümkün hərbi əməliyyatları deyil, ABŞ-ın göstərə biləcəyi dəstəyin formatı olub.
Müzakirə edilən variantlar sırasında İsrail hərbi təyyarələrinin uçuş zamanı havada yanacaqla təmin edilməsi və üçüncü ölkələrin hava məkanından istifadə üçün icazə verilməsi məsələləri yer alıb.
Hələlik bu icazəni hansı ölkələrin verəcəyi məlum deyil. Daha əvvəl İordaniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri açıq şəkildə İran əleyhinə zərbələr üçün öz hava məkanlarından istifadəyə icazə verməyəcəklərini bəyan ediblər.
Bu milli təhlükəsizlik müzakirələri regionda ABŞ-ın hərbi mövcudluğunun gücləndirilməsi fonunda aparılır. Xüsusilə Yaxın Şərqə "USS Gerald R. Ford" aviadaşıyan gəmisinin və onu müşayiət edən hərbi dəniz qrupunun göndərilməsi barədə qərar qəbul edilib.
İsrailin Baş naziri isə diplomatik prosesə skeptik yanaşmaqda davam edir və İranla bağlanacaq istənilən razılaşmanın mütləq ballistik raketlərin məhdudlaşdırılmasını da əhatə etməli olduğunu vurğulayır.
Kateqoriyalar