6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Ukrayna üzrə danışıqlar gələn həftə Cenevrədə keçiriləcək

13-fevral-2026, 16:17
Ukrayna üzrə danışıqlar gələn həftə Cenevrədə keçiriləcək
Yazı Ölçüsü:

Rusiya, ABŞ və Ukrayna arasında növbəti danışıqlar raundu gələn həftə Cenevrədə baş tutacaq.

"PostMedia" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Ukrayna nizamlanması üzrə növbəti danışıqlar raundu 17–18 fevral tarixlərində Cenevrədə üçtərəfli – Rusiya–ABŞ–Ukrayna formatında keçiriləcək”, – deyə Peskov bildirib.

Onun sözlərinə görə, danışıqlarda Rusiya nümayəndə heyətinə Rusiya prezidenti köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.

Bundan əvvəl bir sıra KİV növbəti raundun Əbu-Dabi və ya Mayamidə keçirilə biləcəyini yazmışdı.

Qeyd edək ki, danışıqların birinci raundu 23–24 yanvar, ikinci raundu isə 4–5 fevral tarixlərində baş tutub. ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff isə tərəflərin yaxın həftələrdə məsləhətləşmələri davam etdirmək barədə razılığa gəldiyini açıqlamışdı.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31