6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Viktor Orban əsl dost, döyüşçü və qalibdir – Tramp

13-fevral-2026, 23:34
Viktor Orban əsl dost, döyüşçü və qalibdir – Tramp
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp fevralın 13-də qarşıdan gələn seçkilərdə Macarıstanın baş naziri Viktor Orbana dəstəyini bir daha ifadə edərək onu “əsl dost, döyüşçü və qalib” adlandırıb.

"PostMedia" xəbər verir ki, Tramp "Truth Social" sosial şəbəkəsindəki paylaşımında qeyd edib.

“Viktor Orban əsl dost, döyüşçü və qalirbdi və onun Macarıstanın baş naziri vəzifəsinə yenidən seçilməsi üçün mənim tam və qeyd-şərtsiz dəstəyim var. O, Macarıstanın böyük xalqını heç vaxt məyus etməyəcək. Viktor Orban həqiqətən güclü liderdir və müstəsna nəticələr əldə edə biləcəyini sübut edib. O, böyük ölkəsi və xalqı uğrunda yorulmadan mübarizə aparır və onları mənim Amerika Birləşmiş Ştatlarını sevdiyim qədər sevir”.

Macarıstanda parlament seçkiləri bu il aprelin 12-nə planlaşdırılıb. Seçkilərin nəticələrinə əsasən Milli Assambleya formalaşacaq və Orbanın baş nazir vəzifəsini qoruyub-qorumayacağı müəyyən ediləcək.

Tramp daha əvvəl, fevralın 5-də də Orbanın yenidən seçilməsini dəstəklədiyini bildirib və 2022-ci ildə ona verdiyi dəstəkdən qürur duyduğunu qeyd edib.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31