İrəvanın mərkəzindəki Respublika Meydanında polis gücləndirilmiş xidmət rejimində çalışır.
"PostMedia" Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, ərazidə Ermənistan daxili işlər nazirinin müavini, polis rəisi Kamo Tsutsulyan da olub.
Kamo Tsutsulyan jurnalistlərin polis xidmətinin gücləndirilməsinin Azərbaycan baş nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətinin gəlişi ilə bağlı olub-olmaması barədə sualına cavab olaraq deyib:
“Mən burada patrul xidmətinin işini yoxlayıram, müsahibə vermirəm. Heç nə ilə bağlı deyil, bu, daimi xarakter daşıyan işdir”.
Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi açıqlamasında mediada yayılan məlumatı təsdiqləyib və Azərbaycan nümayəndə heyətinin Ermənistanda olduğunu bildirib.
Nazirlikdən qeyd olunub:
“Azərbaycan nümayəndə heyəti baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Ermənistana gəlib. Bununla bağlı əlavə mətbuat açıqlaması veriləcək”.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
