6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla danışdı

25-iyul-2025, 20:54
Ceyhun Bayramov Hakan Fidanla danışdı
Yazı Ölçüsü:
İyulun 25-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.
"PostMedia" Azərbaycan XİN-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə olunub. Bununla yanaşı, regional və beynəlxalq müstəvidə müşahidə olunan təhlükəsizlik problemləri nəzərdən keçirilib.
Azərbaycan-Türkiyə qardaşlığına əsaslanan müttəfiqlik münasibətlərinin bütün səviyyə və platformalarda uğurla davam etdirildiyi məmnunluqla qeyd edilib.
Nazir Ceyhun Bayramov həmkarını Azərbaycan-Ermənistan normallaşma prosesi və onun müxtəlif aspektləri, sülh sazişi üzrə cari vəziyyət və perspektivlər, habelə mövcud maneələr və onların həlli istiqamətində səylər barədə ətraflı məlumatlandırıb.
Telefon danışığında, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930