
“Məsələn, yaxşı olardı, Rövnəq Abdullayev (SOCAR-ın keçmiş prezidenti) yığdığı pulların bir hissəsini Qarabağa ayırardı, adı da yaşayardı. Nə olar ki... Sahibkarlıq üçün gözəl şərait var, şəraitə uyğun iş görə bilərlər. Rövnəq müəllim bu barədə düşünsə, yaxşı olardı. Oğlunun vaxtilə milyonluq saatını əlindən aldılarsa, sabah yığdığı pulların hamısını əlindən ala bilərlər. Düşünsünlər, hələ gec deyil. Vaxtilə müəyyən məmurlar hamısı rayonlara təhkim olunmuşdular. İndi də bəzi məmurların hesablarında milyardlarla pullar var. Xaricdə hamısının başını bağlayırlar, deyirlər ki, mənbəyini göstərin. Azərbaycanın pullarını xarici dövlətlərə qoyurlar, hamısı batıb gedir. Yaxşı olardı ki, öz vətənimizə qoysunlar. Nəinki Rövnəq müəllim, məsələn, Milli Məclisin keçmiş sədri Oqtay Əsədov... Siyahını saysaq, bitməz. Xaricdə pulları batırırlar, sonra da qaçıb gəlirlər. Görürsünüz, Rusiyadakı vəziyyətlə əlaqədar əksəriyyəti qaçıb gəlib, yenə Azərbaycana sığınıb. Yaxşı olar ki, dünyada gedən prosesləri izləsinlər. Əksəriyyətinin başı o qədər piyləşib, pulları o qədər çoxdur ki, heç nə düşünmürlər. Elə bilirlər ki, sabah fəlakət olacaq, bunlara toxunmayacaq. Qətiyyən belə deyil. Yaxşı olar, dövlət başçısının Qarabağda apardığı işlərə yardımçı olsunlar”, - o bildirib.