6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Bu il ikinci dəfə istilik tarifləri artırıldı

30-iyul-2025, 14:46
Bu il ikinci dəfə istilik tarifləri artırıldı
Yazı Ölçüsü:

Azərbaycanda “Azəristiliktəchizat” ASC tərəfindən əhaliyə göstərilən istilik xidmətləri üzrə tarif artırlıb.

"PostMedia" xəbər verir ki, bu barədə Azərbaycan Tarif (Qiymət) Şurası qərar qəbul edib.

Qərarda deyilir ki, qərar “Azəristiliktəchizat” ASC-nin müraciəti nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən qəbul edilib.

1. “Azəristiliktəchizat” ASC tərəfindən göstərilən xidmətin tarifinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2024-cü il 29 dekabr tarixli 17 nömrəli Qərarının birinci hissəsində “14,60” rəqəmləri “21,00” rəqəmləri ilə, “0,30” rəqəmləri “0,45” rəqəmləri ilə əvəz edilsin.

2. Bu Qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 sentyabr tarixli 303 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstilik enerjisindən istifadə qaydaları”nda nəzərdə tutulmuş “İstilik və isti su təchizatı xidmətlərinə dair müqavilə”yə (əhali qrupuna aid olan istehlakçılar) əlavə ilə müəyyən edilmiş dağ rayonlarında 2025-ci il 1 noyabr, digər ərazilərdə isə 2025-ci il 15 noyabr tarixindən tətbiq edilsin.

Qeyd edək ki, bu il yanvarın 2-də Tarif Şurası bir dəfə də istilik tariflərini artırmışdı.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031