6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İdman

PSJ Qitələrarası Kuboku qazanıb

17-dekabr-2025, 23:57
PSJ Qitələrarası Kuboku qazanıb
Yazı Ölçüsü:

Fransa çempionu, ölkə kubokunun, Superkubokun və Çempionlar Liqasının qalibi olan PSJ Qitələrarası Kuboku da öz muzeyinə əlavə edib.

"PostMedia" xəbər verir ki, Qətərdə keçirilən finalda ispan mütəxəssis Luis Enrikenin rəhbərlik etdiyi komanda Libertadores Kubokunun qalibi, Braziliya çempionu “Flamenqo”nu oyundan sonrakı penaltilər seriyasında məğlub edib.

Görüşün 38-ci dəqiqəsində Paris təmsilçisinin gürcü hücumçusu Xviça Kvaratsxeliya hesabı açıb.

62-ci dəqiqədə italiyalı yarımmüdafiəçi Jorjinyonun yerinə yetirdiyi penalti zərbəsi ilə “Flamenqo” hesabı bərabərləşdirib.

Əlavə vaxtda qol qeydə alınmayıb.

Oyundan sonrakı penaltilər seriyasında PSJ 2:1 hesabı ilə qalib gəlib (video).

PSJ-nin rusiyalı qapıçısı Matvey Safonov penaltilər seriyasında 4 zərbəni dəf edib.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930