Zlatan İbrahimoviç 2026-cı il Qış Olimpiya Oyunlarının məşəldarlarından biri olacaq.
"PostMedia" xəbər verir ki, bu barədə Oyunların mətbuat xidməti məlumat yayıb.
İsveç millisinin keçmiş “Malmö”, “Ayaks”, “Yuventus”, “İnter”, “Milan”, “Barselona”, “PSJ”, “Mançester Yunayted” və “Los Anceles Qalaksi”nin futbolçusu olmuş İbrahimoviç hazırda "Milan"da klub məsləhətçisidir.
Qarşıdan gələn Olimpiya Oyunlarına fevralın 6-dan 22-dək Milan və Kortina d'Ampezzo ev sahibliyi edəcək.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
