6°C Bakı
1$ = 1.70₼
İdman

Mbappe: “Vinisiusla oynamaq böyük şərəfdir”

28-noyabr-2025, 16:17
Mbappe: “Vinisiusla oynamaq böyük şərəfdir”
Yazı Ölçüsü:

"Real Madrid”in fransalı hücumçusu Kilian Mbappe komandanın braziliyalı hücumçusu Vinisius Junioru yüksək qiymətləndirib.

"PostMedia" bu barədə "AS" nəşrinə açıqlamasında deyib.

“Vinisiusla oynamaq böyük şərəfdir. Az adam var ki, futbolu onun qədər başa düşür. O, oyunun gedişatını dəyişə və vəziyyəti bizim xeyrimizə çevirə bilir. Ona özünü göstərməsi üçün boşluq vermək lazımdır. O, komandamız üçün fundamental oyunçudur".

Çempionlar Liqasının 5-ci turunda Mbappenin 4 qolu sayəsində “Real Madrid” Yunanıstanda “Olimpiakos”u 4:3 hesabı ilə məğlub edib. Vinisius Mbappeyə iki qol ötürməsi vermişdi.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031