6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İdman

Ceyhun Bayramov “Qarabağ”ın oyununu stadionda izlədi

26-noyabr-2025, 04:13
Ceyhun Bayramov “Qarabağ”ın oyununu stadionda izlədi
Yazı Ölçüsü:

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İtaliyaya rəsmi səfəri çərçivəsində “Napoli” - “Qarabağ” oyununu stadionda izləyib.
PostMedia” xəbər verir ki, bu barədə nazir özünün “X” hesabında qeyd edib:
“İtaliyaya rəsmi səfərim çərçivəsində “Qarabağ” və “Napoli” komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının oyununda iştirak etməkdən böyük məmnuniyyət duydum.
Stadiondakı atmosfer həqiqətən ilhamverici idi və “Qarabağ” FK-nı Avropa səhnəsində qürurla ölkəmizi – Azərbaycanı təmsil edərək dəstəkləmək üçün mənalı bir fürsət oldu.
Oyundan sonra “Qarabağ” Futbol Klubunun prezidenti Tahir Gözəl ilə birlikdə futbolçularımızla görüşdük və Avropanın ən güclü klublarından biri olan “Napoli”yə qarşı göstərdikləri əzmkarlığa görə onlara təşəkkürümüzü bildirdik. Qarşıdakı oyunlarda onlara uğurlar arzuladım”.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının 5-ci turunda keçirilən “Napoli” – “Qarabağ” matçı “Dieqo Armando Maradona” stadionunda baş tutub. Oyun 2:0 ev sahiblərinin xeyrinə başa çatıb.


Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930