6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İdman

Çinin hibrid sedanı Ginnesin Dünya Rekordunu qırıb

22-iyul-2026, 15:28
Çinin hibrid sedanı Ginnesin Dünya Rekordunu qırıb
Yazı Ölçüsü:
"Geely Galaxy A7 EM" modeli qət etdiyi məsafəyə görə "Ginnes"in Dünya Rekordunu qıraraq, doldurulan hibrid güc qurğusuna malik seriyalı sedanlar arasında ən yüksək nəticəni göstərib.
"PostMedia" xəbər verir ki, bu barədə Çin istehsalçısının iyulun 22-də yaydığı məlumatda bildirilib.
Sedan əlavə yanacaq doldurmadan və dartıcı batareyanı yenidən şarj etmədən 2608,36 kilometr məsafə qət edib. Bu göstərici hibrid sedanlar arasında əvvəlki rekordu 200 kilometrdən çox üstələyib.
"Galaxy A7 EM" Tibet Muxtar Rayonunun Şanqri-La şəhərindən yola çıxaraq Quançjou meqapolisinədək hərəkət edib. Beş gün davam edən marşrut dağ yollarını, magistralları və sıx şəhər küçələrini əhatə edib. Rekordun qeydə alınması prosesini Ginnesin Dünya Rekordları nümayəndələri izləyiblər.
Avtomobil "EM AI Super Hybrid 2.0" adlı doldurulan hibrid sistemlə təchiz olunub. Sistem yüksək istilik faydalılıq əmsalına malik benzin mühərriki və enerji səmərəliliyi 93,1% olan hibrid transmissiyadan ibarətdir. Geely iddia edir ki, daxiliyanma mühərrikinin 47,26%-lik istilik faydalılıq əmsalı seriya istehsalı avtomobillər arasında dünyada ən yüksək göstəricidir.
Güc qurğusunun idarə edilməsində süni intellekt alqoritmlərindən istifadə olunur ki, bu da yanacaq sərfiyyatını 15% azaltmağa imkan verir.
Model 28,3 kVt/saat tutumlu "Aegis Golden Brick" dartıcı batareyası ilə təchiz edilib. Batareya yalnız elektrik enerjisi ilə 235 kilometr məsafə qət etməyə imkan verir. O, 75 kVt gücündə sürətli enerji doldurma funksiyasını dəstəkləyir və enerjini 30%-dən 80%-ə cəmi 15 dəqiqəyə bərpa edə bilir.
Şirkətin məlumatına görə, əvvəlki sınaqlarda batareya səkkiz polad iynə ilə deşilməyə, deformasiyaya, atəşə və 36 tonluq tankın üzərindən keçməsinə baxmayaraq işlək vəziyyətdə qalıb.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031