6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İdman

İspaniyanın keçmiş baş naziri Fransa millisi ilə bağlı açıqlaması ilə beynəlxalq qalmaqal yaradıb

13-iyul-2026, 01:20
İspaniyanın keçmiş baş naziri Fransa millisi ilə bağlı açıqlaması ilə beynəlxalq qalmaqal yaradıb
Yazı Ölçüsü:

İspaniyanın keçmiş baş naziri Mariano Rahoy Fransa milli futbol komandası ilə bağlı açıqlamasından sonra tənqid hədəfinə çevrilib.

PostMedia” xəbər verir ki, bu barədə “The Guardian” nəşri yazıb.

Rahoy İspaniyanın El Debate nəşrində dərc olunan, İspaniya ilə Fransa arasında keçiriləcək dünya çempionatının yarımfinalına həsr olunmuş məqaləsində Fransa millisini yüksək qiymətləndirsə də, “Onların fransız futbolçuları yoxdur. Amma çox yaxşı oynayırlar” ifadəsini işlədib.

Bu sözlər həm Fransada, həm də İspaniyada kəskin reaksiyalara səbəb olub. Tənqidçilər Rahoyu futbolçuların mənşəyinə və ya dəri rənginə görə onların fransız kimliyini şübhə altına almaqda ittiham ediblər.

İspaniyanın baş naziri Pedro Sançes cavab olaraq bildirib ki, bəzi insanlar hələ də ölkəyə mənsubluğu soyad, doğulduğu yer və ya dəri rəngi ilə ölçür.

“Digərləri isə bunu bu ölkəyə bağlılıq və onun inkişafına töhfə vermək istəyi ilə ölçür. İspaniya onu sevən və onun üçün çalışanlara məxsusdur, ksenofob bəyanatlarla onu rüsvay edənlərə yox”, – deyə Sançes X sosial şəbəkəsində yazıb.

Fransanın daxili işlər naziri Loran Nunes Rahoyun açıqlamasını “tamamilə qəbuledilməz” adlandırıb.

“Fransa müxtəlifliyin ölkəsidir və burada hər kəs öz yerini tapa bilər”, – deyə nazir bildirib.

Fransa Sosialist Partiyasının lideri Olivye For isə vurğulayıb ki, Fransa millisinin bütün futbolçuları Fransa vətəndaşlarıdır.

“Fransa etnik millət deyil. Onun nə dəri rəngi, nə də dini var. O, respublika dəyərləri ətrafında birləşən siyasi millətdir”, – deyə For qeyd edib.

Tənqidçilər Rahoyun sözlərini bu yaxınlarda Paraqvay senatorunun Fransa millisinin futbolçusu Kilian Mbappe barədə səsləndirdiyi fikirlərlə bağlı yaranmış qalmaqalla da müqayisə ediblər.

Müzakirələr fonunda Fransa siyasətçiləri bir daha bəyan ediblər ki, ölkənin multikultural milli komandasının uğurları mütəmadi olaraq ifrat sağçı dairələrin irqçi hücumlarının hədəfinə çevrilir.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031