6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İdman

"Sabah" Çempionlar Liqasına başlayır, "Qarabağ" və "Zirə" də avrokuboklarda mübarizəyə qoşulur

07-iyul-2026, 13:50
"Sabah" Çempionlar Liqasına başlayır, "Qarabağ" və "Zirə" də avrokuboklarda mübarizəyə qoşulur
Yazı Ölçüsü:
Avrokuboklarda 2026/2027 mövsümünün təsnifat mərhələsi start götürür.
"PostMedia" xəbər verir ki, Azərbaycanı bu mövsüm Çempionlar Liqasında "Sabah", Avropa Liqasında "Qarabağ", Konfrans Liqasında isə "Zirə" təmsil edəcək.
Azərbaycan çempionu "Sabah" tarixində ilk dəfə Çempionlar Liqasının təsnifat mərhələsində çıxış edəcək. Komanda birinci təsnifat raundunda Uelsin "The New Saints" klubu ilə qarşılaşacaq. İlk oyun iyulun 8-də, cavab görüşü isə iyulun 17-də keçiriləcək.
Ötən mövsüm Azərbaycanı Çempionlar Liqasında təmsil edən "Qarabağ" bu dəfə mübarizəyə Avropa Liqasından başlayacaq. Ağdam təmsilçisi ilk təsnifat mərhələsində İslandiyanın "Vestri" klubu ilə üz-üzə gələcək. Oyunlar iyulun 9-u və 16-da baş tutacaq.
Konfrans Liqasında çıxış edəcək "Zirə" isə ilk təsnifat mərhələsində Gürcüstanın "Torpedo Kutaisi" komandası ilə qarşılaşacaq.
Qeyd edək ki, ötən mövsüm "Qarabağ"ın uğurlu çıxışı nəticəsində Azərbaycan UEFA-nın klub əmsalları cədvəlində 26-cı pilləyə yüksəlib.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930