6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İdman

Dünya Çempionatı: İran 10 nəfərlə qalan Belçika ilə qolsuz heç-heçə edib

22-iyun-2026, 01:08
Dünya Çempionatı: İran 10 nəfərlə qalan Belçika ilə qolsuz heç-heçə edib
Yazı Ölçüsü:

Bu gün Dünya Çempionatının (FIFA 2026) növbəti oyunları baş tutub.

"PostMedia" xəbər verir ki, G qrupunda yer alan Belçika və İran komandaları qarşılaşıb. Bakı vaxtı ilə 23:00-da başlayan oyun heç-heçə yekunlaşıb.

Bu nəticədən sonra Dünya Çempionatının G qrupunda bütün variantlar açıq qalır.

Oyunun favoriti Belçika hesab olunsa da ilk qolu İran komandası vurub. Komandanın kapitanı Mehdi Taremi inamlı zərbə ilə topu Tibo Kurtuanın qapısından keçirsə də, qol ofsayd səbəbindən qeydə alınmayıb.

İkinci hissədə Belçika təzyiqi artırıb. İranın qapıçısı Əlirza Beyranvand komandasını bir neçə dəfə xilas edib. Xüsusilə Maksim De Kuyperin yaxın məsafədən vurduğu zərbəni dəf etməsi diqqət çəkib.

Belçika futbolçusu Natan Nqoy Taremini saxladığı üçün 67-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub və komandasını 10 nəfərlə qoyub.

Oyunun sonlarında hər iki komandanın qələbə qolu vurmaq üçün imkanları olsa da, hesab dəyişməyib.

Belçika qrup mərhələsində son oyununu Yeni Zelandiya ilə keçirəcək. İran isə Misirlə qarşılaşacaq.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031