Almaniyanın yeni çempionu “Bavariya” (Bayern Munich) ölkə kubokunun finalına yüksəlib.
“PostMedia” xəbər verir ki, Münhen təmsilçisi Leverkuzen şəhərində “Bayer Leverkusen” üzərində 2:0 hesablı qələbə qazanıb.
Belçikalı Vincent Kompaninin rəhbərlik etdiyi komandada 22-ci dəqiqədə hesabı ingilis hücumçu Harri Kryn açıb. Əlavə olunmuş üçüncü dəqiqədə isə kolumbiyalı hücumçu Luiz Diyaz fərqlənib.
Finalın digər iştirakçısı aprelin 23-də “VfB Stuttgart” və “SC Freiburg” arasında keçiriləcək oyunda müəyyənləşəcək.