Rusiya hökuməti 2025-ci ildə Azərbaycanda keçirilən MDB Oyunları zamanı medal qazanan idmançıları mükafatlandıracaq.
"PostMedia" TASS-a istinadən xəbər verir ki, Rusiya hökuməti yarışlarda uğur qazanan öz idmançılarına pul mükafatlarının verilməsi ilə bağlı qərar qəbul edib.
Məlumata görə, qızıl medal qazananlara 125 min rubl (təxminən 2 788 manat), gümüş mükafatçılara 62,5 min rubl (təxminən 1 394 manat), bürünc medal sahiblərinə isə 37,7 min rubl (841 manat) ödəniləcək. Mükafatlar məşqçilərə də şamil olunacaq.
Qeyd edək ki, MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanda təşkil olunub və yarışlarda müxtəlif ölkələrdən 23 yaşadək idmançılar iştirak edib.
Rusiya yığması yarışları ümumi medal hesabında birinci yerdə başa vurub.