6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İdman

"Barselona" "Qalatasaray"ın hücumçusunu almaq istəyir

13-aprel-2026, 18:42
"Barselona" "Qalatasaray"ın hücumçusunu almaq istəyir
Yazı Ölçüsü:

"Barselona" Türkiyənin "Galatasaray" klubunda çıxış edən nigeriyalı hücumçu Viktor Osimhen ilə maraqlanır.

"PostMedia" xəbər verir ki, bu barədə "Fichajes" məlumat yayıb.

Məlumata görə, İspaniya çempionu hücum xəttini gücləndirmək məqsədilə 27 yaşlı futbolçunun transferini nəzərdən keçirir.

Cari Türkiyə çempionatında Osimhen 19 oyunda iştirak edib və 12 qol vurub.

Transferin mümkün məbləğinin təxminən 100 milyon avro olacağı bildirilir.

Futbolçunun Galatasaray ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər qüvvədədir.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930