UEFA Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda Portuqaliyanın "Braqa" klubu doğma meydanda İspaniyanın "Real Betis" komandasını qəbul edib.
"PostMedia" xəbər verir ki, qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Ev sahibləri oyunda hesabı erkən açıb. 5-ci dəqiqədə avstriyalı yarımmüdafiəçi Florian Qrillitç fərqlənərək “Braqa”nı önə çıxarıb. Qonaqlar isə 62-ci dəqiqədə hesabı bərabərləşdiriblər. Kolumbiyalı hücumçu Kuço Hernandez penalti zərbəsini dəqiq yerinə yetirib.