6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İdman

ÇL: “Bayer” və “Arsenal” heç-heçə edib

ÇL: “Bayer” və “Arsenal” heç-heçə edib
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda Almaniyanın "Bayer Leverkusen" klubu İngiltərənin "Arsenal" komandasını qəbul edib.

"PostMedia" xəbər verir ki, görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Matçda hesabı 46-cı dəqiqədə “Bayer”in alman yarımmüdafiəçisi Robert Andriç açıb.

“Arsenal” isə oyunun sonlarında bərabərlik qolunu vurmağı bacarıb. 89-cu dəqiqədə alman hücumçu Kai Havertz penaltidən dəqiq zərbə ilə hesabı bərabərləşdirib.

Komandalar arasında cavab oyunu martın 17-də keçiriləcək və həmin qarşılaşma 1/4 finala yüksələcək komandanı müəyyənləşdirəcək.

Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30