6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İdman

Avropada futbol gecəsi: “Mançester Siti”, “Aston Villa”, “Bavariya”, “Liverpul” və “Latsio”dan qələbələr

12-fevral-2026, 06:29
Avropada futbol gecəsi: “Mançester Siti”, “Aston Villa”, “Bavariya”, “Liverpul” və “Latsio”dan qələbələr
Yazı Ölçüsü:

Avropanın aparıcı futbol çempionatlarında və kubok turnirlərində keçirilən oyunlarda bir sıra tanınmış klublar növbəti uğurlarını qazanıblar.

"PostMedia" xəbər verir ki, İngiltərə Premyer Liqasının 26-cı turunda “Mançester Siti” doğma meydanda “Fulhem”i 3:0 hesabı ilə məğlub edib. Xosep Qvardiolanın rəhbərlik etdiyi komandanın heyətində qolları Antuan Semenyo (24), Niko O’Rayli (30) və Erlinq Haaland (39) vurub. Bu qələbə ilə “Mançester Siti” 53 xalla turnir cədvəlində ikinci pilləyə yüksəlib.

Turun digər oyununda “Aston Villa” “Brayton” üzərində minimal hesablı – 1:0 qələbə qazanıb. Yeganə qolu Tairon Minqs vurub. “Aston Villa” 50 xalla üçüncü yerdə qərarlaşıb.

Almaniya Kubokunun 1/4 final mərhələsində “Bavariya” Münhendə “RB Leyptsiq”i 2:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Vensan Kompaninin komandasında Harri Keyn (64, pen.) və Luis Dias (67) fərqlənib.

İngiltərə Premyer Liqasında çempion “Liverpul” səfərdə “Sanderlend”i 1:0 hesabı ilə üstələyib. Oyunda yeganə qolu 61-ci dəqiqədə Vircil van Deyk vurub. Qolun ötürməsini Məhəmməd Salah edib. “Liverpul” bu nəticədən sonra 42 xalla 6-cı pillədədir.

İtaliya Kubokunun 1/4 finalında isə “Latsio” səfərdə “Bolonya” ilə əsas vaxtı 1:1 hesabı ilə başa vuran matçda penaltilər seriyasında 4:1 qalib gələrək yarımfinala vəsiqə qazanıb. “Latsio”nun yarımfinaldakı rəqibi “Atalanta” olacaq.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031