6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İdman

“Real Madrid” da Superliqadan çıxdı, layihə tam dayandırıldı

11-fevral-2026, 21:59
“Real Madrid” da Superliqadan çıxdı, layihə tam dayandırıldı
Yazı Ölçüsü:

"Real Madrid" klubu Avropa Superliqası layihəsindən rəsmi şəkildə çıxdığını açıqlayıb.

"PostMedia"nın məlumatına görə, klubun yaydığı bəyanatda bildirilir ki, “Real Madrid” UEFA və Avropa Klublar Assosiasiyası ilə “Avropa klub futbolunun maraqları naminə” prinsipial razılığa gəlib və bu səbəbdən layihədən imtina edib.

Beləliklə, Avropa Superliqası layihəsi tam olaraq bağlanmış sayılır. Qeyd edək ki, yeni futbol turnirinin yaradılması ideyası 2021-ci ildə gündəmə gəlmişdi. Həmin vaxt FIFA, UEFA və milli futbol federasiyaları bu təşəbbüsü kəskin tənqid etmiş, iştirak edəcək klublara qarşı sanksiyalar tətbiq edilə biləcəyi ilə hədələmişdilər.

Təzyiqlərdən sonra bir neçə gün ərzində İngiltərə klubları, eləcə də İtaliyanın “İnter” və İspaniyanın “Atletiko” klubları layihədən çəkildiklərini elan etmişdilər. “Real”ın da bu addımı atması ilə Superliqa təşəbbüsü faktiki olaraq tarixə qovuşub.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930