6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İdman

Komandasındak küsən Ronaldo məşqləri bərpa edib

09-fevral-2026, 21:02
Komandasındak küsən Ronaldo məşqləri bərpa edib
Yazı Ölçüsü:
Portuqaliyalı hücumçu Kriştianu Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun heyətində məşqləri bərpa edib.
"PostMedia" xəbər verir ki, bu barədə Portuqaliyanın "A Bola" nəşri məlumat yayıb.
Bununla belə, Ronaldo Asiya Çempionlar Liqasında Türkmənistanın “Arkadag” klubuna qarşı keçiriləcək oyunda iştirak etməyəcək. Həmin görüş fevralın 11-də baş tutacaq.
Onun meydana dönüşü fevralın 14-də Səudiyyə Ərəbistanı çempionatı çərçivəsində “Əl-Fateh”lə oyunda gözlənilir.
Ronaldo Səudiyyə Ərəbistanının İnvestisiya Fondunun siyasətindən narazıdır. Bu fonda “Əl-Nəsr”, “Əl-İttihad”, “Əl-Hilal” və “Əl-Əhli” klubları daxildir. Ronaldo bu səbəbdən “Əl-Nəsr”in əvvəlki iki oyununu boykot edib.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930