6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İdman

Edin Ceko "Şalke"yə transfer olundu

22-yanvar-2026, 20:02
Edin Ceko "Şalke"yə transfer olundu
Yazı Ölçüsü:

Almaniyanın "Şalke" klubu 39 yaşlı bosniyalı hücumçu Edin Ceko ilə yarım illik müqavilə imzalayıb.

"PostMedia" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Təcrübəli futbolçu yeni komandasında 10 nömrəli formanı geyinəcək.

Cekonun son klubu İtaliyanın "Fiorentina" komandası olub. Cari mövsümdə o, 18 matçda iştirak edərək 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Ötən mövsüm isə Ceko Türkiyənin "Fənərbaxça" klubunda uğurlu çıxış edərək 37 oyunda 14 qol vurmağı bacarmışdı.

"Transfermarkt" portalı hazırda Edin Cekonun transfer dəyərini 1,5 milyon avro məbləğində qiymətləndirir.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031