6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İdman

"Mançester Siti" Norveçdə məğlub oldu

20-yanvar-2026, 23:42
"Mançester Siti" Norveçdə məğlub oldu
Yazı Ölçüsü:
Çempionlar Liqasının 7-ci turunda "Mançester Siti" Norveçdə "Budyo-Qlimt" klubunun qonağı olub.
"PostMedia" xəbər verir ki, kataloniyalı mütəxəssis Xosep Qvardiolanın rəhbərlik etdiyi komanda 1:3 hesabı ilə məğlubiyyətə uğrayıb.
Meydan sahiblərinin heyətində danimarkalı hücumçu Kasper Höq dubl edib. Norveçli hücumçu Yens Peter Hauge də fərqlənməyi bacarıb.
"Mançester Siti"nin yeganə qolunu fransalı hücumçu Rayan Şerki vurub. Bu qoldan cəmi 2 dəqiqə sonra Mançester təmsilçisinin ispan yarımmüdafiəçisi Rodri ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Oyunda qolları Kasper Höq (22, 24), Yens Peter Hauge (58) – Rayan Şerki (60) vurub. Qarşılaşmanın 62-ci dəqiqəsində Rodriyə ("Mançester Siti") 62 qırmızı vərəqə (ikinci sarı vərəqə) göstərilib.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031