6°C Bakı
1$ = 1.70₼
İdman

Neymar əməliyyat olunub

23-dekabr-2025, 12:21
Neymar əməliyyat olunub
Yazı Ölçüsü:

Braziliyanın "Santos" klubunun və Braziliya millisinin hücumçusu Neymar menisk zədəsindən sonra uğurla əməliyyat olunub.

"PostMedia" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Neymar reabilitasiya mərhələsinə öz fizioterapevti Rafael Martininin nəzarəti altında başlayacaq.

Neymar zədəni noyabr ayında almışdı.

"Santos" çempionatı 12-ci pillədə başa vuraraq Braziliya A Seriyasını tərk etməkdən xilas olub. Neymar keçirdiyi 28 oyunda 11 qol vurub və 4 məhsuldar ötürmə edib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031