6°C Bakı
1$ = 1.70₼
Rəsmi xəbərlər

İlham Əliyev Venesuela Prezidentini təbrik etdi

05-iyul-2025, 11:06
İlham Əliyev Venesuela Prezidentini təbrik etdi
Yazı Ölçüsü:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyeb Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Morosa təbeik məktubu göndərib.
"PostMedia" xəbər verir ki, məktubda deyilir:
"Venesuela Bolivar Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan-Venesuela dostluq münasibətləri xoş ənənələrə əsaslanır. Əminəm ki, dövlətlərarası əlaqələrimizin möhkəmləndirilməsi, müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızın böyük potensialının reallaşdırılması istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Venesuela xalqına daim əmin-amanlıq və rifah arzulayıram".
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031