6°C Bakı
1$ = 1.70₼
Siyasət

Qarabağ müharibəsi zamanı müxalifət Azərbaycana köməyimizə qarşı idi — Ərdoğan

05-yanvar-2026, 23:06
Qarabağ müharibəsi zamanı müxalifət Azərbaycana köməyimizə qarşı idi — Ərdoğan
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

44 günlük Vətən müharibəsi zamanı erməni diasporu ilə razılığa gələrək Türkiyənin Azərbaycana verdiyi dəstəyə qarşı çıxanlar məhz müxalifət nümayəndələri olub.

"PostMedia" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə lideri müxalifətin beynəlxalq məsələlərdə ardıcıl və prinsipial mövqeyinin olmadığını bildirib.

“Onlar yalnız hökumətimizə necə qarşı çıxmağı bilirlər.

Rusiya–Ukrayna böhranının ilk günlərində, bu gün qarşısında baş əydikləri güc mərkəzlərinin tələbi ilə hökumətimizi tənqid edənlər də onlardır. Devrilmiş Suriya lideri ölkəsindən qaçanda "Əsədlə danışıqlar aparmalıyıq" deyənlər də məhz onlardır.

Qəzzadakı soyqırım zamanı Fələstin müqavimətini "terrorizm" adlandıranlar onlardır. İllərlə Türkiyəni İŞİD-ə dəstək verməkdə günahlandıranlar da onlardır. Türkiyədən şikayət etmək üçün Avropaya səfərlər təşkil edənlər, öz ölkələrinin daxili işlərinə müdaxiləni müdafiə edənləri alqışlayanlar da məhz onlardır”, — deyə Türkiyə Prezidenti vurğulayıb.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031