“Eurovision-2024”ün qalibi İsrailin iştirakına etiraz olaraq mükafatını geri qaytarıb
11-dekabr-2025
Türkan Nəbi
Yazı Ölçüsü:
2024-cü ilin “Eurovision” müsabiqəsinin qalibi, İsveçrə təmsilçisi Nemo 2026-cı ildə yarışa İsrailin buraxılmasına etiraz olaraq qazandığı qlobusu geri qaytarıb.
O, sosial şəbəkədə yazıb ki, İsrailin Qəzzada “soyqırım törətməsi” ilə bağlı BMT komissiyasının hesabatına baxmayaraq, ölkənin yarışa buraxılması müsabiqənin “birlik, inklüzivlik və ləyaqət” kimi dəyərlərinə ziddir.
"PostMedia" xəbər verir ki, Avropa Yayımları Birliyi İsraili yarışdan kənarlaşdırmayıb. Bunun fonunda bir sıra ölkələrin telekanalları – Niderland, İrlandiya, İspaniya, eləcə də Sloveniya və İspaniya – “Eurovision-2026”nı yayımlamaqdan imtina ediblər. İslandiya isə 2026-cı il üçün öz nümayəndəsini göndərməyəcəyini açıqlayıb.