6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Marqarita Simonyana "Krasnadarın fəxri vətəndaşı" adı verilib

15-dekabr-2025, 20:59
Marqarita Simonyana "Krasnadarın fəxri vətəndaşı" adı verilib
Yazı Ölçüsü:

“Rossiya Segodnya” beynəlxalq media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyan Krasnodar şəhər dumasının deputatlarına ona “Krasnodar şəhərinin fəxri vətəndaşı” adının verilməsi təşəbbüsünə görə təşəkkür edib.

"PostMedia" xəbər verir ki, Simonyan bu barədə "Telegram" kanalında yazıb.

“Sevimli Krasnodarımın şəhər dumasının deputatlarına bu cür təşəbbüsə görə ürəkdən təşəkkür edirəm. Bu xəbər məni sadəcə heyrətləndirdi və çox sevindirdi. Səs versəniz, minnətdar olaram”, – deyə o, qeyd edib.

O, həmçinin bu təşəbbüsə görə şəhərə təşəkkür edib və vətənə xidmət etməyi özü üçün “inanılmaz bir qürur” adlandırıb.

“Sağ ol, Krasnodar. Sağ ol, əzizim”, – deyə Simonyan əlavə edib.

Şəhər dumasının saytında yerləşdirilən gündəliyə əsasən, Marqarita Simonyana “Krasnodar şəhərinin fəxri vətəndaşı” adının verilməsi məsələsi dekabrın 18-də keçiriləcək iclasda müzakirə olunacaq.

Qeyd edək ki, “Rossiya Segodnya” və RT-nin baş redaktoru Marqarita Simonyan Krasnodarda anadan olub və təhsil alıb, jurnalist karyerasına isə “Krasnodar” teleradioşirkətində müxbir kimi başlayıb.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031