Demokratlar Epşteynin arxivindən daha 19 foto yayımlayıblar.
"PostMedia" bu barədə BBC-yə istinadən xəbər verir.
Yayımlanan fotolarda görünənlər arasında bunlar var:
ABŞ prezidenti Donald Tramp,
Trampın keçmiş müşaviri Stiv Bennon,
ABŞ-ın keçmiş prezidenti Bill Klinton,
Microsoft-un qurucusu Bill Qeyts,
Endryu Mountbatten-Windsor (yaxın vaxtlara qədər şahzadə Endryu kimi tanınırdı, II Yelizavetanın ikinci oğlu),
aktyor və rejissor Vudi Allen,
britaniyalı iş adamı Riçard Brenson,
amerikalı iqtisadçı Lari Samers (Klinton administrasiyasında maliyyə naziri olub),
vəkil Alan Dersovits.
Nümayəndələr Palatasının Nəzarət Komitəsinin üzvü, demokrat konqresmen Robert Qarsiya bildirib ki, Epşteynin foto arxivi 95 mindən çox şəkil ehtiva edir və demokratlar onların hamısını nəzərdən keçirməyi planlaşdırırlar.
Onun sözlərinə görə, yeni materiallar “qarşıdakı günlər və həftələr ərzində” mərhələli şəkildə dərc olunacaq.