N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

"Time" jurnalı süni intellekt yaradıcılarını “İlin adamı” seçib

11-dekabr-2025
Türkan Nəbi
"Time" jurnalı süni intellekt yaradıcılarını “İlin adamı” seçib
Yazı Ölçüsü:
"Time" jurnalı bu il süni intellektin yaradıcılarını “İlin adamı” elan edib.
"PostMedia" xəbər verir ki, jurnal texnologiya liderlərini “düşünə bilən maşınlar dövrünü formalaşdıran və dünyanı dəyişdirən şəxslər” adlandıraraq onların təsir gücünü yüksək qiymətləndirib.
Baş redaktor Sem Ceykobssun sözlərinə görə, “İlin adamı” seçimi cəmiyyətin həyatını formalaşdıran şəxslərə diqqət yönəltməyin ən güclü vasitələrindən biridir və bu il dünyaya ən böyük təsiri məhz süni intellekti dizayn edən və quran insanlar göstəriblər.
Ceykobs süni intellekt memarlarını “həm heyrətləndirən, həm də narahatlıq yaradan”, “mövcudu dəyişdirən və mümkün olanın sərhədlərini aşan” şəxslər kimi xarakteriz edib.
2025-ci il üçün hazırlanan xüsusi buraxılışda süni intellektin son bir ildə dünyanı necə “yenilikçi və bəzən qorxulu yollarla” dəyişdiyi araşdırılır. Burada Nvidia-nın baş direktoru, süni intellekt çiplərinin müəllifi Censen Huannq və SoftBank rəhbəri Masayosi Son kimi sənaye liderləri ilə müsahibələr də yer alıb.
Jurnal həmçinin süni intellektin risklərini də diqqətə çatdırıb. Xüsusilə, Kaliforniyada 16 yaşlı yeniyetmənin intiharından sonra ailəsinin OpenAI şirkətini məhkəməyə verməsi barədə qalmaqallı hadisə qeyd olunub. Ailə şirkəti gəncin ölümündə çatbotla apardığı dialoqlar vasitəsilə məsuliyyətli tutduğunu iddia edir.
"Time" daha əvvəl, 2024-cü ildə və 2016-cı ildə də Donald Trampı “İlin adamı” seçmişdi. Müxtəlif illərdə Taylor Svift, Ukrayna prezidenti Volodimir Zelenski və "Tesla"nın rəhbəri İlon Mask da bu ada layiq görülüblər.
Kateqoriyalar