6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

NASA Mars orbitindəki MAVEN aparatı ilə əlaqəni itirib

11-dekabr-2025
NASA Mars orbitindəki MAVEN aparatı ilə əlaqəni itirib
Yazı Ölçüsü:

Amerika Milli Aerokosmik Agentliyi (NASA) Mars orbitindəki MAVEN aparatı ilə əlaqəni itirib.

Bu barədə qurumun yayımladığı məlumatda deyilir: "6 dekabrda NASA-nın MAVEN aparatı Marsın orbitində olarkən Yerüstü stansiyalarla əlaqə kəsildi.

"PostMedia" xəbər verir ki, Aparat Marsın arxasına keçməzdən əvvəl telemetriya məlumatları bütün sistemlərin normal işlədiyini göstərib.

Lakin o, planetin orbitini dövrə vurub yenidən görünməyə başlayanda Deep Space Network artıq heç bir siqnal qəbul etmədi", – deyə açıqlamada bildirilir.
Qeyd olunur ki, MAVEN komandasının mütəxəssisləri yaranmış problemin səbəbini araşdırır və əlaqəni bərpa etmək üçün həll yolları axtarırlar.

MAVEN 2013-cü ilin noyabrında buraxılıb və 2014-cü ilin sentyabrında Marsın orbitinə daxil olub.

Missiyanın məqsədi Mars atmosferinin üst qatlarını, ionosferi və planetin Günəşlə qarşılıqlı təsirini öyrənməkdir.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031