N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Tramp yenə medianı günahlaşdırdı - “Onlar xalqın əsl düşmənləridir”

10-dekabr-2025
Turan Hüseynli
Tramp yenə medianı günahlaşdırdı - “Onlar xalqın əsl düşmənləridir”
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında bir neçə media qurumunu “saxta xəbərlər” yaymaqda günahlandırıb. Onun sözlərinə görə, həmin xəbərlər ABŞ prezidentini zərərsizləşdirməyə və alçaltmağa yönəlib.

"PostMedia"nın məlumatına görə, Tramp vurğulayıb ki, “heç vaxt heç bir prezident onun qədər çalışmayıb”:
“İş günüm ən uzundur və nəticələr ən yaxşılarındandır. Mən səkkiz müharibəni dayandırmışam, milyonlarla insanın həyatını xilas etmişəm, ölkə tarixinin ən böyük iqtisadiyyatını yaratmışam, biznesi ABŞ-a görünməmiş səviyyədə qaytarmışam, ordumuzu yenidən qurmuşam, tarixdə ən geniş vergi və tənzimləmə azaldılmalarına nail olmuşam və əvvəlki administrasiyaların edə bilmədiyi cənub sərhədini bağlamışam. ABŞ ətrafında elə bir aura yaratmışıq ki, dünya ölkələri bizi heç vaxt olmadığı qədər hörmətlə qarşılayır”.

Prezident əlavə edib ki, bütün bunlardan başqa, o, Walter Reed Milli Hərbi Tibb Mərkəzində aparıcı həkimlərin nəzarəti altında “çox darıxdırıcı” tibbi müayinələrdən keçib. Onun sözlərinə görə, bəzi mütəxəssislər “belə yüksək nəticələri heç vaxt görmədiklərini” deyiblər.

Tramp bildirib ki, ölkəyə qarşı məsuliyyət daşıdığı üçün bu testlərdən keçməyə borcludur. O qeyd edib ki, son dövrlər digər prezidentlərin heç etmədiyi üç müxtəlif idrak testindən keçib və onların hamısını uğurla yerinə yetirib.

Bununla belə, prezidentin iddiasına görə, “New York Times” və digər nəşrlər hələ də onu “yavaşlamaqda”, əvvəlki qədər “zəkalı olmamaqda” və fiziki baxımdan zəif olmaqda ittiham edən xəbərlər yayımlayır.

“Bütün bu müayinələrdən və testlərdən sonra mən əminəm ki, ‘New York Times’ və digərləri ABŞ prezidentini zərərsizləşdirmək üçün davamlı olaraq SAHTA xəbərlər yayırlar. Onlar xalqın həqiqi düşmənləridir və bununla bağlı nəsə etmək lazımdır”, – Tramp yazıb.

Onun sözlərinə görə, “New York Times” seçkilərin nəticələrini dəfələrlə təhrif edib və sonradan yazdıqlarının böyük hissəsinə görə üzr istəmək məcburiyyətində qalıb.

“Bu ölkə üçün baş verə biləcək ən yaxşı şey ‘New York Times’-ın artıq dərc olunmamasıdır. Çünki o, dəhşətli, qərəzli və aldadıcı informasiya mənbəyidir. Diqqətiniz üçün təşəkkür edirəm. AMERİKANİ YENİDƏN BÖYÜK EDƏK”, – deyə Tramp fikrini tamamlayıb.

Kateqoriyalar