6°C Bakı
1$ = 1.70₼
Maraqlı

Vüsal Səid NTV-dən çıxdı

01-iyul-2025, 09:18
Vüsal Səid NTV-dən çıxdı
Yazı Ölçüsü:

Tanınmış teleaparıcı Vüsalə Səid “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC-dəki vəzifəsindən ayrılıb.

”PostMedia” xəbər verir ki, bu barədə o, özü məlumat verib.
“Çox dəyərli dostlarım, əzizlərim, həmkarlarım!

01.07.2025-ci ildə “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC-dəki missiyam yekunlaşdı (30.05.2025-NTV peyk yayımına başladı) və mən Xəbərlər Departamentinin rəhbəri vəzifəsindən öz istəyimlə ayrıldım.

Başda Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli olmaqla, bütün naxçıvanlılara dərin minnətdarlığımı bildirirəm.

Hamınıza-şəxsimə göstərdiyiniz hörmətə, qonaqpərvərliyinizə, diqqətinizə görə sonsuz təşəkkür edirəm, uğur arzulayıram”.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031