6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Azərbaycan Poçt Daşıyıcıları Assosiasiyasının növbəti iclası keçirilib

15-dekabr-2025, 17:50
Azərbaycan Poçt Daşıyıcıları Assosiasiyasının növbəti iclası keçirilib
Yazı Ölçüsü:

Azərbaycan Poçt Daşıyıcıları Assosiasiyasının növbəti iclası baş tutub. Toplantı zamanı baş katib Rəşad Məmmədov Assosiasiyanın 2026-cı il üçün qarşıda duran vəzifələrlə bağlı təqdimatını nümayiş etdirib. Daha sonra Assosiasiyanın sədri Şaiq Qəribzadə son dövrlər poçt və logistika sahəsində baş verən dəyişikliklər, bazarda müşahidə olunan yeni tendensiyalar, eləcə də sektorun potensial inkişaf istiqamətləri barədə fikirlərini bölüşüb. İclasda Assosiasiyaya üzv olan Azərbaycanın aparıcı kargo şirkətlərinin – “Starex”, “Limak”, “Demir Cargo”, “United Logistic Group”a daxil olan “Expargo”, “Morex”, “Kargolux”, “Kango”, “166 Karqo”, “Findex”in nümayəndələri və Sabir Niftəliyev çıxış ediblər. Ümumilikdə toplantıda poçt və kargo sahəsində mövcud problemlər, dövlət qurumları ilə əməkdaşlığın gücləndirilməsi, həmçinin baş verən proseslərə daha çevik reaksiya verilməsi üçün yeni prosedurların tətbiqi məsələləri müzakirə olunub. Qeyd edək ki, təşkilatın təssisçiləri – “UPS-Az”, “Dərhal LTD”, “Azeri Express” və “Ase Asya Afrika Hızlı Karqo və Dağıtım” şirkətlərinin rəhbərləri də toplantıda iştirak edib, ümumi fikir mübadiləsi zamanı növbəti il üçün illik plan hazırlanıb bunun üzərində işlənilməsi qərarı verilib.

Qeyd edək ki, Assosiasiyaya üzv olan şirkətlər ölkəyə beynəlxalq alış-veriş platformaları vasitəsilə gətirilən bağlamaların təxminən 90 faizini daşıyır.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930