6°C Bakı
1$ = 1.70₼
İqtisadiyyat

"Volkswagen" tarixində ilk dəfə olaraq Almaniyadakı zavodlarından birini bağlayacaq

15-dekabr-2025, 17:33
"Volkswagen" tarixində ilk dəfə olaraq Almaniyadakı zavodlarından birini bağlayacaq
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Almaniyanın "Volkswagen" avtomobil konserni 88 illik tarixində ilk dəfə olaraq Almaniya ərazisindəki zavodlarından birini bağlayacaq.

"PostMedia" xəbər verir ki, bu barədə "Financial Times" yazır.

Drezdendə yerləşən zavod Çin bazarında VW avtomobillərinin zəif satışı, Avropada aşağı tələbat və Avropa məhsullarının idxalına tətbiq olunan yeni ABŞ gömrük rüsumları fonunda yaranan maliyyə çətinlikləri səbəbindən dekabrın 16-da fəaliyyətini dayandıracaq.

VW brendinin rəhbəri Tomas Şefer bildirib ki, istehsalın bağlanması ilə bağlı qərar “tələsik verilməyib”, lakin “iqtisadi baxımdan zəruri” olub.

Son illərdə Volkswagen Avropa və Çində tələbatın azalması, elektromobillərin satışındakı çətinliklər və Çin şirkətləri ilə rəqabətin kəskinləşməsi səbəbindən ciddi problemlərlə üzləşib. Bu il problemlərə ABŞ-ın idxal rüsumları da əlavə olunub. Avtokonsern 2025-ci ilin üçüncü rübünü 1,1 milyard avro zərərlə başa vurub,

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031