6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

SOCAR-ın törəmə şirkəti Gürcüstanda xarici investorlar reytinqinə başçılıq edir

10-dekabr-2025, 22:12
SOCAR-ın törəmə şirkəti Gürcüstanda xarici investorlar reytinqinə başçılıq edir
Yazı Ölçüsü:

Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə müəssisəsi SOCAR Energy Georgia ölkədə ən çox həcmdə birbaşa xarici investisiya cəlb edən şirkətlər arasında birinci yeri tutub.

"PostMedia" xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.

Məlumatlara əsasən, siyahıda ikinci yerdə "Selfie Mobile", üçüncü yerdə isə "IDEA Borjomi Georgia" və "IDEA Borjomi Beverages Company Georgia Branch" qərarlaşıb. İlk onluqda həmçinin aşağıdakı şirkətlər yer alıb:

  • Magticom

  • TAV Urban Georgia

  • Poti Sea Port Corporation

  • Geosteel

  • Lomisi

  • Georgia Cement

  • Mina

2025-ci ilin üçüncü rübündə Gürcüstana ən çox birbaşa xarici investisiya qoyan ölkələr bunlar olub:

  • ABŞ — 93,5 milyon dollar

  • İspaniya — 72,1 milyon dollar

  • Türkiyə — 70 milyon dollar

İnvestisiyalar üçün ən cəlbedici sahələr isə belə müəyyən edilib:

  • Daşınmaz əmlak — 91,7 milyon dollar (17,2%)

  • Nəqliyyat sektoru — 79,8 milyon dollar (15%)

  • Su təchizatı və tullantıların idarə edilməsi — 71,5 milyon dollar (13,4%)

  • Emal sənayesi — 68,3 milyon dollar

  • İnformasiya və kommunikasiya texnologiyaları — 54,5 milyon dollar

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031