6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Qobustan Günəş Elektrik Stansiyasının ilk paneli quraşdırılıb - FOTOLAR

03-dekabr-2025, 19:18
Qobustan Günəş Elektrik Stansiyasının ilk paneli quraşdırılıb - FOTOLAR
Yazı Ölçüsü:
Ölkəmizdə bərpa olunan enerji mənbələri üzrə ilk hərrac layihəsi - 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyasının inşası çərçivəsində ilk panel quraşdırılıb.
"PostMedia" xəbər verir ki, Çinin “Universal International Holdings Limited” şirkəti ilə həyata keçirilən layihə üzrə tikinti işlərinə cari ilin may ayında başlanıb.
Tikinti işləri əsasən yerli şirkətlər tərəfindən həyata keçirilir. 2027-ci ildə istismara verilməsi nəzərdə tutulan stansiyada hər il təxminən 260 milyon kilovat-saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır.
Bu isə ildə 57 milyon kubmetr həcmində təbii qaza qənaət etməklə yanaşı, atmosferə atılan karbon emissiyalarını 124 min ton azaltmağa imkan verəcək.
Qeyd edək ki, Çinin “Universal International Holdings Limited” şirkəti ötən il COP29 çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə Azərbaycan Respublikası Energetika Nazirliyi tərəfindən keçirilmiş hərracın qalibi olub.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930