6°C Bakı
1$ = 1.70₼
İqtisadiyyat

“Xocalı” gəmisi Avstraliyadan ABŞ-yə doğru səfərə çıxıb

14-noyabr-2025, 11:29
“Xocalı” gəmisi Avstraliyadan ABŞ-yə doğru səfərə çıxıb
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

"AZCON Holding" şirkətlərindən olan ASCO-nun “Handysize” tipli “Xocalı” quru yük gəmisi Avstraliyanın "Kembla" limanından ABŞ-nin Los-Anceles limanına doğru yola düşüb.

"PostMedia" xəbər verir ki, bu barədə ASCO-dan məlumat yayıb.

Gəmi 24 251 ton polad yüklə səfərə çıxıb və onun təyinat limanına növbəti həftənin sonlarında çatması gözlənilir.

Hazırda “Xocalı” Sakit okean akvatoriyasında tam təhlükəsiz naviqasiya rejimində hərəkət edir. Reys bütün beynəlxalq əməliyyat standartlarına uyğun icra olunur.

Qeyd edək ki, “Xocalı” gəmisi 2024-cü il 27 may tarixində Çin Xalq Respublikasında istismara verilib. Məhdudiyyətsiz üzmə imkanlarına malik bu “Handysize” tipli quru yük gəmisinin yükgötürmə qabiliyyəti (dedveyt) 38 593 ton, uzunluğu 180, eni 30, suya oturumu 10,47 metr, maksimal sürəti isə 15,7 uzeldir.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031