6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

ETX telekommunikasiya sektoruna yönəlmiş kiberhücum cəhdini araşdırıb

13-noyabr-2025, 10:12
ETX telekommunikasiya sektoruna yönəlmiş kiberhücum cəhdini araşdırıb
Yazı Ölçüsü:

Elektron Təhlükəsizlik Xidməti (ETX) telekommunikasiya sektoruna qarşı fişinq üsulu ilə həyata keçirilmiş kiberhücum cəhdini araşdırıb.

"PostMedia" quruma istinadən xəbər verir ki, araşdırma zamanı hücum ssenarisi mərhələli yükləmə zənciri ilə həyata keçirildiyi məlum olub.

Prosesdə “GuLoader” və “Remcos RAT” adlı zərərli proqram təminatlarından istifadə olunub.
Hücumçular istifadəçilərə e‑poçt vasitəsilə müqavilə və ödəniş mövzulu məktublar göndərib və onları zərərli faylları açmağa təşviq ediblər. Zərərli proqram sistemdə qalıcı olub, müəyyən məlumatlara (istifadəçi adı, əməliyyat sistemi və sistem konfiqurasiyası) giriş əldə edib.
Tədqiqat zamanı əldə edilmiş indikatorlar ETX tərəfindən aktiv şəkildə istifadə olunan “misp.cert.az” – “İnsident Məlumatlarının Mübadiləsi Platforması”na da əlavə edilib. Ölkəni hədəf alan və mövcud potensial kiberhücumlar üzrə indikatorlar platforma üzərindən vaxtaşırı paylaşılmaqdadır.

Məlumat üçün bildirək ki, “Guloader” və “Remcos” tipli zərərli proqram təminatları vasitəsilə həyata keçirilən eyni ssenarili hücum cəhdləri ölkəmizdə oktyabr ayından qeydə alınmağa başlayıb. 
ETX təşkilatlara və fərdi istifadəçilərə naməlum və gözlənilməz e‑poçt əlavələrini açmamağı, sistemlərini daim yeniləməyi və antivirus/EDR həllərini aktiv saxlamağı tövsiyə edir.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930